"Sumqayıt" 2022-ci ildə ilk qələbəsini qazanıb
- 09 may, 2022
- 15:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, Sumqayıtın eyniadlı komandası evdə "Şamaxı"nı qəbul edib. "Kapital Bank Arena"dakı görüş meydan sahiblərinin 2:0 hesablı qalibiyyəti ilə başa çatıb. Hər iki qolu Əli Qurbani vurub. Cənubi azərbaycanlı hücumçu 31-ci və 78-ci dəqiqələrdə fərqlənib.
Bu, "Sumqayıt"ın həm 2022-ci ildə, həm də Aleksey Baqanın rəhbərliyi altında ilk qələbəsi olub. Bundan başqa, komanda 15 turdan sonra 3 xala sevinib.
Qələbədən sonra xallarını 18-ə çatdıran "Sumqayıt" 7-ci pillədəki mövqeyini qoruyub. "Şamaxı" isə 21 xalla 6-cı sırada yer alıb.
Qeyd edək ki, ilk oyun günündə "Sabah" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib, çempion "Qarabağ" isə evdə "Zirə" ilə sülhə razılaşıb. Tura bu gün keçiriləcək "Qəbələ" - "Neftçi" matçı ilə yekun vurulacaq.