Suares Messinin rekordunu üstələdi

Suares Messinin rekordunu üstələdi “Atletiko" klubunun hücumçusu Luis Suares "Selta" ilə qarşılaşmada fərqlənib.
Futbol
2967
18 Oktyabr , 2020 02:58
Suares Messinin rekordunu üstələdi
Luis Suares

“Atletiko" futbol klubunun hücumçusu Luis Suares "Selta" komandası ilə qarşılaşmada fərqlənib.

“Report” xəbər verir ki, matç “Atletiko”nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Suares bununla İspaniya Premyer Liqasında özünün 150-ci qolunu vurub. O, həmin göstəriciyə turnirdə 195 matç keçirməklə nail olub. Uruqvaylı bu statistika üzrə İspaniya "Barselona"sının kapitanı Lionel Messini qabaqlayaraq ikinci olub.

Suares qolların sayına görə yalnız "Real Madrid"də çıxış edən Kriştianu Ronaldudan geri qalır.

Son xəbərlər

Orphus sistemi