Stiven Qlass: "Bunlara reaksiya verməsək, Bakıda da məğlub olacağıq"

Stiven Qlass: "Bunlara reaksiya verməsək, Bakıda da məğlub olacağıq" "Bu məğlubiyyətdən dərs çıxarmalıyıq".
Futbol
16 Avqust , 2021 10:39
Stiven Qlass: Bunlara reaksiya verməsək, Bakıda da məğlub olacağıq
Stiven Qlass

"Bu məğlubiyyətdən dərs çıxarmalıyıq".

"Report"un məlumatına görə, bunu Şotlandiyanın "Aberdin" komandasının baş məşqçisi Stiven Qlass Liqa Kubokunda "Reyt Rovers"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra "Premier Sports"a açıqlamasında deyib.

Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan 45 yaşlı mütəxəssis hesabda önə keçdikdən sonra oyuna nəzərət edə bilmədiklərini söyləyib: "Düşünürəm ki, önəmli olan komandamın buna reaksiyasıdır. Əgər reaksiya verməsək, Bakıda da məğlub olacağıq".

Qlass matçda zədələnən Rayan Hedjes və Conni Heyzin durumunun yaxşı olmadığını bildirib: "Ümid edirəm ki, zədələri ciddi olmayacaq".

Qeyd edək ki, "Qarabağ" və "Aberdin" arasında ilk oyun avqustun 19-da, ikinci qarşılaşma isə avqustun 26-da olacaq.

Son xəbərlər

Orphus sistemi