Stiven Cerrard futbolçulara ketçupu qadağan edib

Stiven Cerrard futbolçulara ketçupu qadağan edib İngiltərənin "Aston Villa" komandasının yeni baş məşqçisi Stiven Cerrard futbolçulara ketçup yeməyi qadağan edib
Futbol
18 Noyabr , 2021 17:43
Stiven Cerrard futbolçulara ketçupu qadağan edib
Stiven Cerrard

İngiltərənin "Aston Villa" komandasının yeni baş məşqçisi Stiven Cerrard futbolçulara ketçup yeməyi qadağan edib.

"Report"un məlumatına görə, bu barədə 41 yaşlı mütəxəssisin özü "Daily Express" nəşrinə açıqlama verib.

O bildirib ki, hələ menyunu görməmişdən əvvəl belə bir qərar qəbul edib: "Futbolçularda düzgün mentalitet olmalı, onlar sağlam qidalanmalıdırlar".

Qeyd edək ki, Stiven Cerrard "Aston Villa" ilə 2024-cü ilin iyununadək müqavilə imzalayıb.

Son xəbərlər

Orphus sistemi