Stanislav Çerçesov: "Mahir Emreli maraqlı oyunçudur"

Stanislav Çerçesov: "Mahir Emreli maraqlı oyunçudur" Rusiya millisinin və Polşanın "Legiya" klubunun sabiq baş məşqçisi Stanislav Çerçesov Azərbaycan millisinin futbolçusu Mahir Emrelini fərqləndirib
Futbol
17 Sentyabr , 2021 11:15
Stanislav Çerçesov: Mahir Emreli maraqlı oyunçudur

Rusiya millisinin və Polşanın "Legiya" klubunun sabiq baş məşqçisi Stanislav Çerçesov Azərbaycan yığmasının futbolçusu Mahir Emrelini fərqləndirib.

"Report"un məlumatına görə, 58 yaşlı mütəxəssis Moskva "Spartak"ının evdə Varşava təmsilçisinə 0:1 hesabı ilə uduzduğu Avropa Liqasının qrup mərhələsinin I tur oyunu ilə bağlı müsahibəsində fikirlərini bölüşüb.

Çerçesov ilk olaraq "Legiya"nın qapıçısı Artur Boruts haqqında danışıb: "Öz səviyyəsində çıxış edən Borutsu tərifləməliyəm. Üstəlik, bütün oyunçular çox çalışdılar və bacardıqları qədər mübarizə apardılar. Mahir Emreli maraqlı hücumçudur. Filip Mladenoviç də çox yaxşı idi".

Qeyd edək ki, "Legiya" hazırda 3 xalla C qrunda liderdir. İngiltərənin "Lester" və İtaliyanın "Napoli" komandalarının hərəyə bir xalı var. Xalı olmayan "Spartak" isə qrupda sonuncu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi