"Sportinq" portuqaliyalı futbolçu üçün "Mançester Yunayted"dən istədiyi məbləği artırıb

"Sportinq" portuqaliyalı futbolçu üçün "Mançester Yunayted"dən istədiyi məbləği artırıb Portuqaliyanın "Sportinq" klubu futbolçusu Fransisku Trinkan üçün İngiltərə təmsilçisi "Mançester Yunayted"dən 83,7 milyon avro tələb edəcək.
Futbol
28 mart 2025 11:50
Sportinq portuqaliyalı futbolçu üçün Mançester Yunayteddən istədiyi məbləği artırıb

Portuqaliyanın "Sportinq" klubu futbolçusu Fransisku Trinkan üçün İngiltərə təmsilçisi "Mançester Yunayted"dən 83,7 milyon avro tələb edəcək.

"Report" xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Portuqaliyalılar həmin pulun yarısı "Barselona" klubuna veriləcəyi üçün məbləği artırıb.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Ruben Amorim 25 yaşlı vingeri komandasında görmək istəyir. Daha əvvəl "Sportinq"in futbolçuya görə 60 milyon avro tələb etdiyi yazılıb.

Qeyd edək ki, Fransisku Trinkan 2022-ci ilin yayında "Barselona"dan icarə əsasında transfer olunub. Bir il sonra Lissabon klubu oyunçunun hüquqlarını 7 milyon avroya alıb. O, cari mövsüm bütün yarışlarda 43 matçda iştirak edib, 9 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Son xəbərlər

Orphus sistemi