"Sportinq" klubu "Qarabağ"la matçdan öncə azarkeşlərinə müraciət edib

"Sportinq" klubu "Qarabağ"la matçdan öncə azarkeşlərinə müraciət edib Bakı. 19 sentyabr. REPORT.AZ/ Portuqaliyanın Sportinq klubu Avropa Liqasının qrup mərhələsinin I turunda evdə qarşılaşacaqları Qarabağla oyundan öncə azarkeşlərinə müraciət edib.
Futbol
127
19 Sentyabr , 2018 20:33
Sportinq klubu Qarabağla matçdan öncə azarkeşlərinə müraciət edib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Portuqaliyanın "Sportinq" klubu Avropa Liqasının qrup mərhələsinin I turunda evdə qarşılaşacaqları "Qarabağ"la oyundan öncə azarkeşlərinə müraciət edib.

"Report" klubun rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi fanatların həmin qarşılaşmada pirotexniki vasitələrdən istifadə etməməsini və meydana kənar əşyalar atmamasını istəyib.

Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Komanda ötən mövsüm Avropa Liqasının 1/4 finalında evdə İspaniya "Atletiko"su ilə matçda azarkeşlərə görə cəzalandırılıb.

Son xəbərlər

Orphus sistemi