"Sportinq"in futbolçusu: "Qarabağ"la oyunda nəticənin ədalətli olduğunu düşünürəm"

"Sportinq"in futbolçusu: "Qarabağ"la oyunda nəticənin ədalətli olduğunu düşünürəm" Bakı. 21 sentyabr. REPORT.AZ/ “Qarabağ” oyunboyu yaxşı müdafiə olundu. Ancaq biz də sona qədər oynayıb, istədiyimizi əldə etdik. Nəticənin ədalətli olduğunu düşünürəm. Qələbəyə görə xoşbəxtik”.
Futbol
21 Sentyabr , 2018 12:20
Sportinqin futbolçusu: Qarabağla oyunda nəticənin ədalətli olduğunu düşünürəm

Bakı. 21 sentyabr. REPORT.AZ/ “Qarabağ” oyunboyu yaxşı müdafiə olundu. Ancaq biz də sona qədər oynayıb, istədiyimizi əldə etdik. Nəticənin ədalətli olduğunu düşünürəm. Qələbəyə görə xoşbəxtik”.

"Report" “A Bola” nəşrinə istinadən xəbər verir ki, bunu Portuqaliya "Sportinq"inin Rodriqo Battalya Lissabonda "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından sonra deyib.

27 yaşlı argentinalı yarımmüdafiəçi doğma meydanda yaxşı oynadıqlarını və gələcək matçlar üçün çalışacaqlarını söyləyib: “Düşünürəm ki, öz meydanımızda azarkeşlərimiz önündə yaxşı oyun keçirdik. Rəqibimiz yaxşı təşkil olunmuş komanda idi. Biz də sona qədər mübarizə aparıb qələbə qazandıq. Çalışmağa davam edəcəyik, çünki bizi bazar ertəsi çətin oyun gözləyir”.

Qeyd edək ki, “Qarabağ” oktyabrın 4-də II tur çərçivəsində İngiltərənin “Arsenal” komandasını qəbul edəcək. “Sportinq” isə Ukraynada “Vorskla”nın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi