"Sportinq"in debütantı: "Qarabağ"la oyunu heç vaxt unutmayacağam"

"Sportinq"in debütantı: "Qarabağ"la oyunu heç vaxt unutmayacağam" "Meydana çıxanda həyəcanlı idim"
Futbol
30 Noyabr , 2018 11:08
Sportinqin debütantı: Qarabağla oyunu heç vaxt unutmayacağam

Bakı. 30 noyabr. REPORT.AZ/ "Görüş bizim üçün heç də asan keçmədi. Bu matçda kollektiv oyun nümayiş etdirdik. Qapımızda qol gördük, amma xarakter nümayiş etdirib istədiyimiz nəticəni qazandıq. Bu nəticə komandamız üçün çox vacib idi". 

"Report" xəbər verir ki, bunu Portuqaliya "Sportinq"ində debüt edən 19 yaşlı futbolçu Tyerri Korreyya Bakıda "Qarabağ"a 6:1 hesabı ilə qalib gəldikləri Avropa Liqasının qrup mərhələsinin V tur matçından sonra deyib. Gənc futbolçu debüt oyununu heç vaxt unutmayacağını bildirib: "Meydana çıxanda həyəcanlı idim. Baş məşqçi Marsel Kayzerə mənə şans verdiyi üçün minnətdaram. Əldə etdiyim oyun vaxtı mənim üçün çox önəmli idi. “Qarabağ”la oyunu və qazandığımız qələbəni heç vaxt unutmayacağam".

Qeyd edək ki, Tyerri Korreyya "Qarabağ"la qarşılaşmada 74-cü dəqiqədə Brunu Qaşparın əvəzinə meydana girib. 

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi