"Sportinq"in baş məşqçisi "Qarabağ"la oyuna görə daha bir futbolçusuna istirahət verəcək

"Sportinq"in baş məşqçisi "Qarabağ"la oyuna görə daha bir futbolçusuna istirahət verəcək Bakı. 14 sentyabr. REPORT.AZ/ Qarabağın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya Sportinqi Liqa Kubokunda Maritimu ilə oyunda daha bir futbolçusunun xidmətindən istifadə etməyəcək.
Futbol
14 Sentyabr , 2018 13:48
Sportinqin baş məşqçisi Qarabağla oyuna görə daha bir futbolçusuna istirahət verəcək

Bakı. 14 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya "Sportinq"i Liqa Kubokunda "Maritimu" ilə oyunda daha bir futbolçusunun xidmətindən istifadə etməyəcək.

“Report” “record.pt” saytına istinadən xəbər verir ki, baş məşqçi Joze Pezeyru Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçirəcəkləri ilk tur qarşılaşmasını düşünərək komandanın əsas qolkiperi Romen Salenə istirahət verərəcək. "Maritimu" ilə matçda isə "çərçivə"ni Renan Ribeyro qoruyacaq. 58 yaşlı mütəxəssis daha öncə “Qarabağ”la oyuna görə yarımmüdafiəçi Rodriqo Battalya, müdafiəçi Stefan Ristovski və Sebastyan Koatesə istirahət verəcəyini bildirib.

Qeyd edək ki, Portuqaliya Liqa Kubokunda keçiriləcək "Sportinq" - "Maritimo matçı sentyabrın 16-sı keçiriləcək. "Sportinq" - "Qarabağ" oyunu isə bu matçdan 4 gün sonra olacaq.

Son xəbərlər

Orphus sistemi