"Sperantsa"nın baş məşqçisi: "Bordin bizdən revanş aldı"

"Sperantsa"nın baş məşqçisi: "Bordin bizdən revanş aldı" "Sperantsa"nın baş məşqçisi: "Useyn Bolt deyiləm ki..."
Futbol
12 İyul , 2019 00:39
Sperantsanın baş məşqçisi: Bordin bizdən revanş aldı

"Futbolçularımdan oyunun çox hissəsinə görə razı qaldım. Hesab onu göstərdi ki, nəticədə 3-cü şəxslərin rolu oldu. Əlbəttə, üzücü oldu. Rəqibin yerində olsaydım, qələbəyə sevinməzdim. Gülməli idi".

"Report"un məlumatına görə, bunu Moldova "Sperantsa"sının baş məşqçisi Kristian Yefros Kişinyovda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 27 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- 3-cü şəxslər deyəndə, kimləri nəzərdə tutursunuz: Hakimləri? 

- Növbəti suala keçin. Hakimlərin idarəçiliyini siz təhlil edin. Bu axşam daha çox onun qərarları ön planda idi.

- "Neftçi"nin hansı zəif tərəflərini nəzərdə tutmuşdunuz ki, bundan istifadə etməli idiniz? 

- Müdafiə xəttini nəzərdə tuturdum. Qol imkanlarımız vardı, vura bilmədik. Əks-hücumlarımız daha təhlükəli idi. Qolları 3-cü şəxslər vurdular.

- Belə çıxır ki, cavab matçı formal olacaq? 

- Hələ bir həftə hazırlaşmağa vaxtımız var. İlk oyunu təhlil edəcəyik.

- Niyə ikinci hissə başlayandan sonra meydana daxil oldunuz? 

- Həmişə belə edirəm, komanda çıxır, sonra mən.

- Niyə ikinci hissə başlayan kimi bütün baş məşqçilər kimi "texniki zona"da olmursunuz? 

- Fikir verdinizsə, meydanı hərlənərək ora getməli oldum. Useyn Bolt deyiləm ki, tez çatım.

- Niyə aqressivsiniz? 

- Konkret nəyi nəzərdə tutursunu?

- Suallarımıza aqressiv cavab verirsiniz. Niyə "Neftçi"nin qələbəsinə kölgə salırsınız? 

- Niyə sevinəsən belə qələbəyə ki?! Şəxsən mən sevinməzdim. Mən belə insanam. Öz fikrimi deyirəm. Belə qələbə olsaydı, bir həftə yata bilməzdim. Rəqibi nəzərdə tutmuram. Sadəcə, öz düşüncələrimi sizə bildirirəm.

- Roberto Bordini "Şerif"dən məğlub yola salmışdınız. Belə çıxır ki, sizdən revanş aldı? 

- Belə demək də olar.

Son xəbərlər

Orphus sistemi