"Spartak" klubuna yeni baş məşqçi təyin olunub

"Spartak" klubuna yeni baş məşqçi təyin olunub Rusiya komandası belaruslu mütəxəssisə tapşırılıb
Futbol
12 Noyabr , 2018 15:06
Spartak klubuna yeni baş məşqçi təyin olunub

Bakı. 12 noyabr. REPORT.AZ/ Rusiyanın "Spartak" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib. 

"Report" Moskva təmsilçisinin saytına istinadən xəbər verir ki, kollektiv Oleq Kononova tapşırılıb. 52 yaşlı belaruslu mütəxəssislə sonradan daha bir il uzadıla bilməsi şərti ilə mövsümün sonunadək müqavilə bağlanılıb. Kononov bu postda Massimo Karreranı əvəzləyib. 

Qeyd edək ki, "Spartak" oktyabrın 22-də Massimo Karreranı istefaya göndərib. Paytaxt təmsilçisi Premyer Liqada 14 turdan sonra 19 xalla 9-cu pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi