"Spartak"ın futbolçusu: "Neftçi" daha hazırlıqlı idi"

"Spartak"ın futbolçusu: "Neftçi" daha hazırlıqlı idi" "Çətin qarşılaşma oldu. Hələ yeni formaya düşürük. "Neftçi" bir həftədən sonra Çempionlar Liqasında mübarizəyə başlayacaq".
Futbol
30 İyun , 2021 09:00
Spartakın futbolçusu: Neftçi daha hazırlıqlı idi
Mixail İqnatov

"Çətin qarşılaşma oldu. Hələ yeni formaya düşürük. "Neftçi" isə bir həftədən sonra Çempionlar Liqasında mübarizəyə başlayacaq".

"Report"un məlumatına görə, bu fikirləri Rusiyanın "Spartak" (Moskva) klubunun futbolçusu Mixail İqnatov "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları yoxlama oyunu barədə danışarkən deyib.

21 yaşlı yarımmüdafiəçi Azərbaycan təmsilçisinin texniki və fiziki cəhətdən onlara nisbətən daha yaxşı hazırlıqlı olduğunu bildirib: "İnkişaf etməyə və bu cür rəqiblərə qalib gəlməyə çalışacağıq. Mən yenidən əsas komandada olmaq üçün səy göstərdim. Ümid edirəm hər şey qaydasına düşəcək və oyunumla azarkeşləri sevindirəcəyəm".

Son xəbərlər

Orphus sistemi