"Spartak" azərbaycanlı futbolçunu "Rostov"a icarəyə verəcək

"Spartak" azərbaycanlı futbolçunu "Rostov"a icarəyə verəcək Ayaz Quliyevin yeni komandası müəyyənləşib
Futbol
8 Yanvar , 2018 16:07
Spartak azərbaycanlı futbolçunu Rostova icarəyə verəcək

Bakı. 8 yanvar. REPORT.AZ/ Rusiya "Anji"sindən ayrılan əslən azərbaycanlı futbolçu Ayaz Quliyevin yeni komandası müəyyənləşib.

"Report"un "Sport-Ekspress"ə istinadən verdiyi məlumata görə, müqavilə üzrə Moskva "Spartak"ına məxsus 21 yaşlı yarımmüdafiəçi "Rostov"a icarəyə veriləcək.

20 turdan sonra 19 xalı olan "Anji" Premyer Liqada 15-ci, 25 xala malik "Rostov" isə 10-cu yerdə gedir. Mahaçqala təmsilçisi Quliyevlə yollarını qarşılıqlı razılıq əsasında ayırıb.

Qeyd edək ki, Ayaz Quliyev Azərbaycan millisinə namizəd futbolçulardandır.

Son xəbərlər

Orphus sistemi