"Spartak" azərbaycanlı futbolçunu bir milyon avroya heyətinə qata bilər
Futbol
- 19 oktyabr, 2018
- 11:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 19 oktyabr. REPORT.AZ/ Hazırda Rusiya "Rostov"unda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev Moskva "Spartak"ına qayıda bilər.
"Report" don24.ru saytına istinadən xəbər verir ki, "qırmızı-ağlar" sabiq oyunçusunu yenidən heyətinə qatmaq niyyətindədir.
Paytaxt təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin keçidi üçün 1 milyon avro ödəməyə hazırdır. Klub onu son zamanlar qalmaqalları ilə gündəmə gələn Denis Qluşakovun əvəzləyicisi kimi görür.
Qeyd edək ki, Ayaz Quliyev bu ilin mayında məhz "Spartak"dan "Rostov"a keçib. Quliyev həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının da formasını geyinib. Hazırda onun Azərbaycanın əsas yığmasına cəlb olunması gündəmdədir.
Son xəbərlər
08:37
"Axios": Vaşinqton süni intellekt sənayesi liderlərinin apokaliptik proqnozlarından bezib
İKT
08:21
ABŞ-də "PepsiCo" şirkətinin törəmə müəssisəsinin zavodunda partlayış və yanğın olub
Digər ölkələr
07:26
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub
Digər ölkələr
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol
06:07
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr
06:03
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:38
Yaponiya sahillərində güclü zəlzələ olub
Digər ölkələr
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region