Bakı. 6 iyun. REPORT.AZ/ Rusiyanın "Rostov" klubu əslən azərbaycanlı futbolçu Ayaz Quliyevlə müqavilə imzalayıb.
"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, 22 yaşlı yarımmüdafiəçi 4 illik sözləşməyə qol çəkib.
Qeyd edək ki, Ayaz Quliyev 2017/2018 mövsümündə icarə əsasında "Rostov"da çıxış edib. O, müqavilə ilə "Spartak" klubuna məxsus idi. Quliyev həmçinin 21 yaşadək futbolçulardan ibarət Rusiya milli komandasının heyətində 17 oyun keçirib və 3 qol vurub.