"Spartak" klubu Aleksandr Səmədovla yollarını ayırıb

"Spartak" klubu Aleksandr Səmədovla yollarını ayırıb 35 yaşlı yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulanıb
Futbol
4020
5 Yanvar , 2019 17:41
Spartak klubu Aleksandr Səmədovla yollarını ayırıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Rusiyanın "Spartak" klubu Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədovla yollarını ayırıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflər arasındakı sözləşmə qarşılıqlı razılıq əsasında pozulub. Paytaxt təmsilçisi 35 yaşlı yarımmüdafiəçiyə gələcək karyerasında uğurlar arzulayıb. 

Qeyd edək ki, Aleksandr Səmədov karyerası ərzində yalnız Moskva komandalarının formasını geyinib. O, yetirməsi olduğu "Spartak"dan əlavə, "Moskva", "Dinamo" və "Lokomotiv"də də çıxış edib. 2011-ci ildə Səmədov Azərbaycan yığmasının təklifini qəbul etməyərək Rusiya millisində oynamağa qərar verib. Təcrübəli futbolçu yığma karyerasını 2018-ci il dünya çempionatından sonra başa vurub. 

Son xəbərlər

Orphus sistemi