Şotlandiyada fanatlar futbol oyunu zamanı qapıçını vurublar - VİDEO
- 01 noyabr, 2018
- 22:03
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 noyabr. REPORT.AZ/ Futbol üzrə Şotlandiya çempionatının 11-ci turu çərçivəsində Edinburqun "Harts" və "Haybernian" klubları arasında keçirilən oyun zamanı (0:0) azarkeşlər matçı gedişatına müdaxilə ediblər.
"Report" "Sky News"a istinadən xəbər verir ki, oyun epizodlarından birində "Harts"ın qolkiperi Zdenek Zlamal qapı arxasına düşən topu götürən zaman tribunadakı azarkeşlər tərəfindən vurulub.
Çexiyalı qapıçı zərbədən sonra üzünü tutaraq yerə yıxılıb. Başqa bir epizodda isə "Haybernian" klubunun baş məşqçisi Nil Lennon zərər çəkib. Ona tribunadan dəmir pul atılıb və sikkə mütəxəssisin çənəsinə dəyib.
Bildirilir ki, polis hər iki faktla bağlı araşdırmalara başlayıb. Artıq beş nəfər şübhəli şəxs qismində saxlanılıb.
Bundan əvvəl İspaniya klubunun futbolçusunun insult keçirdiyi xəbər verilib.
Police are investigating after Hibernian head coach Neil Lennon was struck by a coin and Hearts goalkeeper Zdenek Zlamal was struck by an apparent attack from a supporter during the Edinburgh derby.
— Sky News (@SkyNews) November 1, 2018
For more on the story, head here: https://t.co/W3XYaS9CYZ pic.twitter.com/F3VHm6uF8g