Şotlandiyada 12 yaşadək futbolçulara topa başla vurmaq qadağan oluna bilər

Şotlandiyada 12 yaşadək futbolçulara topa başla vurmaq qadağan oluna bilər Şotlandiya Futbol Assosiasiyası 12 yaşadək uşaqlara topa başla vurmağı qadağan etmək istəyir.
Futbol
28 Oktyabr , 2019 11:59
Şotlandiyada 12 yaşadək futbolçulara topa başla vurmaq qadağan oluna bilər

Şotlandiya Futbol Assosiasiyası 12 yaşadək uşaqlara topa başla vurmağı qadağan etmək istəyir.

“Report”un “Sky Sports”a istinadən verdiyi məlumata görə, bu qərar Qlazqo Universitetinin apardığı araşdırma fonunda qəbul oluna bilər. Tədqiqatların nəticələrinə əsasən, sabiq peşəkar futbolçularda digər insan qrupları ilə müqayisədə demensiya da (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji sindrom) daxil olmaqla, digər beyin xəstəliklərindən ölüm halları 3,5 dəfə çoxdur. 

Qeyd edək ki, 2016-cı ildə ABŞ Futbol Federasiyası 10 yaşdan kiçik uşaqlara məşq və matçlarda topa başla vurmağı qadağan edib. ABŞ-da həmçinin 11 – 13 yaşlı futbolçulara da məşqlərdə topa başla toxunma sayında məhdudiyyətlər var.

Son xəbərlər

Orphus sistemi