Şotlandiya klubu 38 yaşlı qapıçının taleyini azarkeşlərin ixtiyarına buraxdı

Şotlandiya klubu 38 yaşlı qapıçının taleyini azarkeşlərin ixtiyarına buraxdı Şotlandiyanın Livinqston klubu futbolçusu Qeri Meylinin komandadakı taleyini müəyyənləşdirmək üçün qeyri-adi üsula əl atıb.
Futbol
126
26 May , 2020 12:06
Şotlandiya klubu 38 yaşlı qapıçının taleyini azarkeşlərin ixtiyarına buraxdı

Şotlandiyanın "Livinqston" klubu futbolçusu Qeri Meylinin komandadakı taleyini müəyyənləşdirmək üçün qeyri-adi üsula əl atıb.

"Report"un məlumatına görə, şəhərin eyniadlı təmsilçisi bu məqsədlə azarkeşlərə müraciət edib.

Klub müqaviləsi başa çatan 38 yaşlı qapıçının komandada qalıb-qalmaması barədə rəsmi "Twitter" səhifəsində tərəfdarlar arasında sorğu keçirib.

Təcrübəli oyunçu ilə bağlı yekun qərarın səsvermənin nəticəsinə uyğun qəbul ediləcəyi bildirilib.

Qeyd edək ki, Şotlandiya çempionatında cari mövsüm koronavirus pandemiyası səbəbindən ləğv olunub.

Son xəbərlər

Orphus sistemi