Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) son 10 ilin rəmzi komandasını açıqlayıb.
"Report" İFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, hücum xəttində İspaniya "Barselona"sından Lionel Messi, İtaliya "Yuventus"undan Kriştianu Ronaldu və Almaniya "Bavariya"sından Robert Levandovski yer aılb.
Ümumilikdə, "kral klubu"nun 4 futbolçusu "11-liy"ə düşüb.
Qapıçı: Manuel Noyer ("Bavariya", Almaniya)
Müdafiəçilər: Marselo, Serxio Ramos (hər ikisi "Real Madrid"), Flipp Lam ("Bavariya", Almaniya), Vircil Van Dayk ("Liverpul", İngiltərə),
Yarımmüdafiəçilər: Luka Modriç, Toni Kroos (hər ikisi "Real Madrid"), Andres İnyesta ("Vissel Kobe", Yaponiya),
Hücumçular: Lionel Messi ("Barselona"), Kriştianu Ronaldu ("Yuventus"), Robert Levandovski ("Bavariya")