Sloveniyalı futbolçunun Avropa Liqası matçında beyni silkələnib - VİDEO

Sloveniyalı futbolçunun Avropa Liqası matçında beyni silkələnib - VİDEO
Futbol
8 Noyabr , 2019 13:29
Sloveniyalı futbolçunun Avropa Liqası matçında beyni silkələnib - VİDEO

Slovakiyanın "Slovan" (Bratislava) komandasının futbolçusu Kenan Bayriç Avropa Liqasının qrup mərhələsinin IV turunda İngiltərədə "Vulverhempton"la matçda ağır zədə alıb.

"Report"un məlumatına görə, görüşün 78-ci dəqiqəsində rəqib oyunçu Raul Ximenes 24 yaşlı müdafiəçinin başına zərbə endirib. Zərbənin təsirindən sloveniyalı oyunçunun beyni silkələnib. Hadisədən sonra Bayriç dərhal xəstəxanaya aparılıb. O, gecəni müşahidə altında qalıb və komandası ilə birlikdə Slovakiyaya qayıda bilməyib.

Komandanın baş məşqçisi Yan Kozak oyundan sonra mətbuat konfransında futbolçunun başından aldığı travmanın ciddi olduğunu söyləyib.

Qeyd edək ki, qarşılaşma "Vulverhempton"un 1:0 hesablı qələbəsi ilə bitib. Görüşün sonlarında fərqlənən Raul Ximenes qoldan sonra Kenan Bayricdən üzr istəyib.