"Slovan"ın baş məqçisi: "Qarabağ"la eyni qrupa düşmək istəmirdik"

"Slovan"ın baş məqçisi: "Qarabağ"la eyni qrupa düşmək istəmirdik" "Bu komanda çətin rəqibdir"
Futbol
26 Avqust , 2016 17:21
Slovanın baş məqçisi: Qarabağla eyni qrupa düşmək istəmirdik

Bakı. 26 avqust. REPORT.AZ/ "Biz "Qarabağ"la eyni qrupa düşmək istəmirdik". 

"Report"un məlumatına görə, bunu Çexiyanın "Slovan" (Liberets) klubunun baş məşqçisi İndrjix Trpişovski Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib. 

O bildirib ki, püşkatmadan əvvəl məsafənin uzaqlığı və çətin rəqib olması səbəbindən Ağdam klubu ilə eyni qrupda yer almaq istəmirdik: "Bunu Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la üz-üzə gələn "Viktoriya Plzen"in timsalında görmüşdük. "Qarabağ" püşkatmadan öncə 4-cü səbətdə yer almışdı. Lakin bu, o demək deyil ki, rəqib çətin komandadır".

Qeyd edək ki, J qrupunda "Qarabağ"la "Slovan"dan başqa, İtaliya "Fiorentina"sı və Yunanıstan PAOK-u da yer alıb.  

Son xəbərlər

Orphus sistemi