Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində son oyununu keçirib - YENİLƏNİB-5 - FOTO

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində son oyununu keçirib - YENİLƏNİB-5 - FOTO Futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində son oyununu keçirib.
Futbol
20 Noyabr , 2019 01:33
Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində son oyununu keçirib - YENİLƏNİB-5 - FOTO

Futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində son oyununu keçirib.

"Report"un qarşılaşmaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Nikola Yurçeviçin baş məşqçi olduğu komanda Slovakiyanın qonağı olub. Trnava şəhərindəki Anton Malatinski stadionunda təşkil olunan qarşılaşma Azərbaycan yığmasının 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Azərbaycan millisi rəqibin təzyiqinə 19 dəqiqə tab gətirə bilib. Slovakiyanın heyətində Robert Bojenik fərqlənib. İlk hissənin qalan dəqiqələrində də meydan sahibləri topa daha çox sahib olub. Rəqibin bir sıra cəhdləri uğursuz alınıb. İlk yarı bu hesabla yekunlaşıb.

64-cü dəqiqədə Şəhriyar Rəhimovun ötürməsi çərçivəyə yönəlib. Rəqiq qapıçı çətinliklə topun qapıdan keçməsinə mane olub. 81-ci dəqiqədə Renat Dadaşov hesabı bərabərləşdirməyə yaxın olub. Hücumçu qapıçı ilə təkbətək dueldən yararlana bilməyib. 86-cı dəqiqədə isə Marek Hamşikin zərbəsindən sonra top Bəhlul Mustafazadəyə dəyərək qapıya daxil olub.

Bu nəticədən sonra Slovakiya 13-cü xalını qazanıb, Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurub.

Slovakiya ilə görüşdə Vüsal İsgəndərli və Elvin Camalov yığmanın heyətində debüt ediblər.

E qrupunun digər oyununda Uels Macarıstanı məğlub edərək (2:0) həlledici raunda yüksəlib. Slovakiya isə seçmə mərhələ vasitəsilə Avropa çempionatına vəsiqə şansını itirib.


***01:26

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Slovakiya - Azərbaycan matçında ikinci qol vurulub.

"Report"un qarşılaşmaya ezam olunmuş əməkdaşı xəbər verir ki, meydan sahiblərinin kapitanı Marek Hamşikin 86-cı dəqiqədəki zərbəsindən sonra top Bəhlul Mustafazadəyə dəyərək qapıya daxil olub - 2:0


***00:45

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Slovakiya - Azərbaycan matçında ikinci hissə başlayıb.

"Report"un qarşılaşmaya ezam olunmuş əməkdaşı xəbər verir ki, ilk yarıdan sonra meydan sahibləri öndədir. Qarşılaşmanın 19-cu dəqiqəsində Robert Bojenik fərqlənib - 1:0


***00:30

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Slovakiya - Azərbaycan matçında birinci hissə başa çatıb

"Report"un qarşılaşmaya ezam olunmuş əməkdaşı xəbər verir ki, ilk yarıdan sonra meydan sahibləri öndədir. Matçın 19-cu dəqiqəsində Robert Bojenik fərqlənib - 1:0


***00:03

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Slovakiya - Azərbaycan matçında hesab açılıb.

"Report"un qarşılaşmaya ezam olunmuş əməkdaşı xəbər verir ki, matçın 19-cu dəqiqəsində meydan sahiblərinin heyətində Robert Bojenik fərqlənib - 1:0


***23:45

AVRO-2020-nin seçmə mərhələsində Slovakiya və Azərbaycan milli komandaları arasında oyun başlayıb.

"Report" xəbər verir ki, Trnava şəhərindəki Anton Malatinski stadionunda təşkil olunan qarşılaşmaya Bakı vaxtı ilə saat 23:45-də start verilib.

Qeyd edək ki, matçı ukraynalı hakimlər idarə edir. Qarşılaşmanın baş hakimi Sergey Boykodur. Ona Vladimir Volodin və Semen Şlonçak kömək edir. Dördüncü hakim funksiyasını Vitali Romanov yerinə yetirir.

Bu, Slovakiya və Azərbaycan milliləri arasında dünya və Avropa çempionatlarının seçmə mərhələlərində 8-ci oyundur.

Son xəbərlər

Orphus sistemi