"Şkupi"nin futbolçusu: "Neftçi"yə qarşı sakit başla oynamaq istəyirik"

"Şkupi"nin futbolçusu: "Neftçi"yə qarşı sakit başla oynamaq istəyirik" "Son iki oyunda qazandığımız nəticələrə görə komandada müsbət ab-hava var. Çətin olsa da, son matçda 3 xal qazana bildik".
Futbol
20 Avqust , 2020 15:52
Şkupinin futbolçusu: Neftçiyə qarşı sakit başla oynamaq istəyirik
Faton Yusufi

"Son iki oyunda qazandığımız nəticələrə görə komandada müsbət ab-hava var. Çətin olsa da, son matçda 3 xal qazana bildik".

"Report"un məlumatına görə, bunu Makedoniya "Şkupi"sinin futbolçusu Faton Yusufi klubun rəsmi saytına açıqlamasında deyib.

O bildirib ki, ölkə çempionatının 3-cü turunda sabah "Belasitsa"ya da qalib gələrək Avropa Liqasının I təsnifat mərhələsinin "Neftçi" ilə qarşılaşmasına yüksək əhval-ruhiyyədə çıxmaq istəyirlər: "Bakıda sakit başla keyfiyyətli oyun göstərmək və qələbə qazanmaq istəyirik".

"Şkupi" ilk 2 turdan sonra 4 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Şkupi" oyunu saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi