"Qarabağ" ardıcıl üçüncü məğlubiyyətlə üzləşdi
- 05 noyabr, 2020
- 19:45
"Qarabağ" komandası UEFA Avropa Liqasının I qrupunda növbəti matçını keçirib.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi oldu komanda Türkiyədə "Sivasspor"la üz-üzə gəlib.
"Yeni Sivas 4 Eylül" stadionunda keçirilmiş qarşılaşma Ağdam təmsilçisinin 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində ilk qolu 11-ci dəqiqədə Caner Osmanpaşa vurub. 88-ci dəqiqədə isə Olarenvaju Kayode fərqlənib.
Bununla da ilk qələbəsini qazanan "Sivaspor" 3 xalla 3-cü pillədə möhkəmlənib. Ardıcıl 3-cü məğlubiyyətlə üzləşən Azərbaycan çempionu isə xalsızdır və sonuncu - 4-cü sıradadır.
I qrupunun digər matçında bu gün "Vilyarreal" İspaniyada İsrail "Makkabi"sini (Təl-Əviv") qəbul edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin IV turunda noyabrın 29-da evdə "Sivasspor"la qarşılaşmalıdır. Ağdam klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar olaraq ev oyunlarını neytral meydanda keçirir.
23:45
Türkiyənin "Sivasspor" və "Qarabağ" komandaları arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında ikinci hissə start götürüb.
"Report"un məlumatına görə, hazırda Türkiyə təmsilçisi 1:0 hesabı ilə öndədir.
Meydan sahiblərinin heyətində 11-ci dəqiqədə Caner Osmanpaşa fərqlənib.
22:41
Türkiyənin "Sivasspor" və "Qarabağ" komandaları arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında ilk hissə yekunlaşıb.
"Report"un məlumatına görə, fasiləyə Türkiyə təmsilçisi fasiləyə 1:0 hesabı ilə öndə yollanıb.
Meydan sahiblərinin heyətində 11-ci dəqiqədə Caner Osmanpaşa fərqlənib.
22:07
Türkiyənin "Sivasspor" və "Qarabağ" komandaları arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçında hesab açılıb.
"Report"un məlumatına görə, 11-ci dəqiqədə Türkiyə təmsilçisi hesabda önə keçib.
Meydan sahiblərinin heyətində Caner Osmanpaşa fərqlənib.
21:55
Türkiyənin "Sivasspor" və "Qarabağ" komandaları arasındakı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur matçı start götürüb.
"Report"un məlumatına görə, "Yeni Sivas 4 Eylül" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayıb.
Qeyd edək ki, I qrupunun digər oyununda "Vilyarreal" İspaniyada İsrail "Makkabi"sini (Təl-Əviv) qəbul edəcək. Həmin matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.