Simeone futbolçu kimi uğurunu baş məşqçi postunda da təkrarladı

Simeone futbolçu kimi uğurunu baş məşqçi postunda da təkrarladı İspaniyanın "Atletiko" klubu 25 ildən sonra ilk dəfə La Liqada təqvim ilini birinci pillədə bitirib.
Futbol
31 Dekabr , 2020 16:03
Simeone futbolçu kimi uğurunu baş məşqçi postunda da təkrarladı
Dieqo Simeone

İspaniyanın "Atletiko" klubu 25 ildən sonra ilk dəfə La Liqada təqvim ilini birinci pillədə bitirib.

"Report" xəbər verir ki, Madrid təmsilçisi hazırda 14 oyundan sonra 35 xalla liderdir.

İkinci yerdəki "Real Madrid" 16 oyundan 33, "Real Sosyedad" isə 16 oyundan 26 xal toplaya bilib.

"Atletiko" son olaraq 1995-ci təqvim ilini lider kimi tamamlayıb. Paytaxt klubu mövsümün sonunda çempion olub. Komandanın baş məşqçisi Dieqo Simeone həmin dönəmdə "Atletiko"nun formasını geyinib.

Son xəbərlər

Orphus sistemi