Silahlı şəxslər məşhur futbolçunu qarət ediblər

Silahlı şəxslər məşhur futbolçunu qarət ediblər Futbol üzrə Argentina millisinin məşqçisi Roberto Ayala silahla qarət edilib.
Futbol
233
21 Sentyabr , 2021 18:11
Silahlı şəxslər məşhur futbolçunu qarət ediblər
Roberto Ayala

Futbol üzrə Argentina millisinin məşqçisi Roberto Ayala silahla qarət edilib.

"Report"un "El Mundo Deportivo" nəşrinə istinadən məlumatına görə, hadisə 48 yaşlı mütəxəssis şəxsi avtomobili ilə San-Kaetano rayonundan keçərkən baş verib.

3 nəfər silahlı şəxs onu dayandırmaq üçün əvvəlcə maşına daş atıblar. Ardınca isə əllərindəki tapança ilə Ayalanı hədələyərək, onun təqribən 5 600 avro pulunu və mobil telefonunu götürüblər.

Həmin vaxt yoldan keçən sürücü vəziyyəti görüb və polisi keçmiş futbolçunun köməyinə gəlməyə çağırıb.

Qeyd edək ki, Roberto Ayala 2000 - 2007-ci illərdə İspaniya "Valensiya"sında 200-dən çox oyun keçirib. O, "yarasalar"ın heyətində La Liqa çempionluğunu və UEFA Kubokunu qazanıb. Ölkəsində "River Pleyt", İtaliyada "Napoli" və "Milan" klublarının da formasını geyinən veteran müdafiəçi 2018-ci ildən Argentina millisində Lionel Skaloninin köməkçisi vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi