Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində bu gün II turun görüşləri keçiriləcək.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən ikisi bir-biri ilə üz-üzə gələcək. Teymur Rəcəbov ağ fiqurlarla Rauf Məmmədovu sınağa çəkəcək. Şəhriyar Məmmədyarov isə qara fiqurlarla polşalı Radoslav Voytaşeklə qarşılaşacaq.
Turun proqramı:
Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin)
Maqnus Karlsen (Norveç) - David Navara (Çexiya)
Teymur Rəcəbov (Azərbaycan) - Rauf Məmmədov (Azərbaycan)
Veselin Topalov (Bolqarıstan) - Aniş Giri (Hollandiya)
Radoslav Voytaşek (Polşa) - Şəhriyar Məmmədyarov (Azərbaycan)
Görüşlər saat 15:00-da başlanacaq.
Qeyd edək ki, ilk turda bütün qarşılaşmalar heç-heçə ilə yekunlaşıb. Hazırda 10 iştirakçının hamısının aktivində 0,5 xal var.