Sezar Meza Kollinin agentindən "Neftçi" açıqlaması

Sezar Meza Kollinin agentindən "Neftçi" açıqlaması "Keşlə"nin futbolçusu Sezar Meza Kollinin şəxsi agenti Kamil Məmmədov paraqvaylı yarımmüdafiəçinin "Neftçi" ilə müqavilə bağlaması barədə xəbərlərə münasibət bildirib
Futbol
24 May , 2021 16:32
Sezar Meza Kollinin agentindən Neftçi açıqlaması
Sezar Meza Kolli

"Keşlə"nin futbolçusu Sezar Meza Kollinin şəxsi agenti Kamil Məmmədov paraqvaylı yarımmüdafiəçinin "Neftçi" ilə müqavilə bağlaması barədə xəbərlərə münasibət bildirib.

Məmmədov "Report"a açıqlamasında oyunçuya marağın olmasına rəğmən, hələ heç kiminlə danışıq aparılmadığını söyləyib.

O, Meza Kollinin bu gün "Sumqayıt"la keçirəcəkləri Azərbaycan Kubokunun final oyununa hazırlaşdığını əlavə edib: "Düzdür, hələ çempionatın başa çatmasına 3-4 tur qalmış "Neftçi"dən maraq olmuşdu. Amma həmin vaxt söhbət oldu ki, final oyununun sonunadək heç bir klubla danışıq aparılmayacaq. Meza Kolli ilə maraqlanan digər klublar, eləcə də "Neftçi" peşəkarlıq nümayiş etdirərək, vacib oyundan öncə futbolçu ilə danışıq olmayacağını bildirdi".

Agentinin sözlərinə görə, Meza Kolli klubun prezidenti Zaur Axundova söz verib ki, həlledici görüşdən sonra birinci "Keşlə"nin təklifini dinləyəcək: "Hazırda vəziyyət belədir. Təqribən 3 həftədir bu barədə söhbət getmir. Müqavilə məsələsini haradan yazıblar, bilmirəm".

Qeyd edək ki, Sezar Meza Kollinin "Neftçi" ilə 1+1 illik müqavilə imzalaması barədə xəbərlar yayılıb.

Son xəbərlər

Orphus sistemi