Sezar Meza Kolli: "Zaur Axundov "Keşlə"də qalmağımı istədi"

Sezar Meza Kolli: "Zaur Axundov "Keşlə"də qalmağımı istədi" Onunla çox yaxşı münasibətlərimiz var, ata-oğul kimiyik
Futbol
125
26 May , 2021 10:29
Sezar Meza Kolli: Zaur Axundov Keşlədə qalmağımı istədi

"Bu titul məni çox sevindirir. Fikrimcə, həm klub, həm də mənim üçün böyük uğurdur. Asan olmadı. Komanda yoldaşlarıma, klubun prezidentinə və bütün işçilərinə minnətdaram".

"Report"un məlumatına görə, bu fikirləri "Keşlə"nin futbolçusu Sezar Meza Kolli "cronica.com" saytına açıqlamasında Azərbaycan Kubokunda qalib olmaları barədə danışarkən deyib.

Paraqvaylı yarımmüdafiəçi finala çətinliklə yüksəldiklərini xatırladıb: "Yarımfinalın ilk oyununda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduq. Cavab matçında da 0:1 hesabı ilə geridə idik. Finala yüksəlmək üçün 3 qol vurmalı idik. Xoşbəxtlikdən, görüş mənim üçün yaxşı alındı. Het-trik etdim və komandamız həlledici qarşılaşmaya vəsiqə qazandı".

"Keşlə" ilə müqaviləsi başa çatan 30 yaşlı oyunçu artıq klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşdüyünü söyləyib: "Onunla çox yaxşı münasibətlərimiz var, ata-oğul kimiyik. Məndən komandada qalmağımı xahiş etdi. Mən isə dedim ki, hələlik qələbənin dadını çıxarmaq istəyirəm. Bundan sonra təkliflər barədə ağıllı qərar verəcəyəm".

Meza Kolli ölkəsinin yığmasına dəvət almamasına da münasibət bildirib.Təcrübəli pleymeyker bununla bağlı heç bir təklif almadığını vurğulayıb: "Bu, mənim yaralı yerimdir. Təəssüf ki, yığmadan heç kim mənimlə əlaqə saxlamayıb. Başa düşürəm, Azərbaycan çempionatı elə də populyar deyil. Amma ümidimi itirməmişəm, öz üzərimdə işləməyə davam edirəm. Hər oyunçu öz ölkəsinin yığmasında forma geyinmək istəyər. Ümid edirəm ki, bu, nə vaxtsa baş verəcək. Amma olmasa belə, sakitliyimi qoruyacağam".

Qeyd edək ki, Sezar Meza Kolli ilə "Neftçi" klubu yaxından maraqlanır.

Son xəbərlər

Orphus sistemi