Sezar Meza Kolli "Keşlə"dəki taleyindən danışdı

Sezar Meza Kolli "Keşlə"dəki taleyindən danışdı "Bu oyuna görə çox şadam. Bütün komandanı və məşqçilər heyətini təbrik edirəm. Artıq qələbəni qeyd etməyin vaxtıdır".
Futbol
110
24 May , 2021 22:16
Sezar Meza Kolli Keşlədəki taleyindən danışdı
Sezar Meza Kolli

"Bu oyuna görə çox şadam. Bütün komandanı və məşqçilər heyətini təbrik edirəm. Artıq qələbəni qeyd etməyin vaxtıdır".

"Report" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında "Keşlə"nin futbolçusu Sezar Meza Kolli "Sumqayıt"a 2:1 hesabı ilə qalib gədikləri Azərbaycan Kubokunun final oyunu barədə danışarkən deyib.

Paraqvaylı yarımmüdafiəçi paytaxt təmsilçisindəki taleyi və "Neftçi"yə mümkün keçidi haqqında hələ heç nə deyə bilməyəcəyini söyləyib: "Sabah axşam klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşəcəyəm. Axundov razılıq verməsə, klubda qalacağam".

Təcrübəli oyunçu "Neftçi"də oynamaq istəyirsinizmi" sualına "baxarıq" deyə cavab verib: "Neftçi"nin baş məşqçisi Samir Abasovun mənim haqqımda dediklərinə görə şadam. O, Azərbaycanın ən yaxşı baş məşqçilərindən biridir".

Meza Kolli "Keşlə"nin Konfrans Liqasındakı şansları barədə isə bunları deyib: "Sabah nə olacağını bilmirəm. Bu barədə növbəti gün danışa bilərəm".

Son xəbərlər

Orphus sistemi