Ramil Şeydayevin komandası meydana xüsusi geyimlə çıxacaq

Ramil Şeydayevin komandası meydana xüsusi geyimlə çıxacaq Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın Krılya Sovetov klubu Beynəlxalq Kosmonavtika Günü münasibəti ilə tədbir keçirəcək.
Futbol
12 Aprel , 2019 13:42
Ramil Şeydayevin komandası meydana xüsusi geyimlə çıxacaq

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın "Krılya Sovetov" klubu Beynəlxalq Kosmonavtika Günü münasibəti ilə tədbir keçirəcək. 

"Report"un məlumatına görə, tədbir Samara təmsilçisinin Premyer Liqanın XXIII turunda evdə "Rubin" ilə görüşündə təşkil olunacaq. 

Oyundan öncə "Samara Arena"da toplantı baş tutub və matçın keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. "Krılya Sovetov" futbolçuları qarşılaşmaya xüsusi formalarla çıxacaq və komandanın start heyətini Dima adlı robot elan edəcək. Meydan sahibləri görüşdə gümüşü, qonaqlar isə ağ formada olacaqlar.  

Təşkilatçılar oyunda təxminən 15 min azarkeşin iştirak edəcəyini gözləyir. 

Qeyd edək ki,  "Krılya Sovetov" - "Rubin" matçı bu gün Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi