Şəxsi məşqçisi olimpiya çempionunu döyüb

Şəxsi məşqçisi olimpiya çempionunu döyüb Fransalı cüdoçu Marqo Pino xoşagəlməz hadisə ilə üzləşib.
Futbol
463
4 Dekabr , 2021 10:52
Şəxsi məşqçisi olimpiya çempionunu döyüb

Fransalı cüdoçu Marqo Pino xoşagəlməz hadisə ilə üzləşib.

"Report"un məlumatına görə, bu barədə 27 yaşlı olimpiya çempionu özünün sosial şəbəkə hesabında paylaşım edib.

Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi şəxsi məşqçisi Alen Şmidtin fiziki zorakılığına məruz qaldığını yazıb: "Dava mənim evimdə baş verdi. Şmidt əvvəlcə sifətimə yumruqla zərbə endirərək, başımı yerə vurdu, ardınca isə boğmağa cəhd etdi. Məni öldürmək istəyirdi. Cüdo fəndləri ilə onun əlindən xilas oldum və dərhal qonşuları köməyə çağırdım".

Bundan sonra məşqçi həbs olunsa da, dəlil çatışmazlığı səbəbindən sərbəst buraxılıb.

Qeyd edək ki, Marqo Pino Tokio-2020-də qarışıq komanda yarışında qalib olub. O, həm də Avropa çempionu, Minsk-2019 II Avropa Oyunlarının qalibi və dünya üçüncüsüdür.

Son xəbərlər

Orphus sistemi