İspaniyanın "Sevilya" klubu Avropa Liqasının qrup mərhələsinin V turunda qarşılaşacağı "Qarabağ"la oyunun hazırlıqlarına start verib.
"Report"un məlumatına görə, Andalusiya təmsilçisi La Liqanın XIV turunda “Valyadolid”lə səfər matçından qayıdan kimi hazırlığa başlayıb. Həmin qarşılaşmada iştirak edənlər idman zalındakı, digərləri isə ümumi məşqlərə qatılıblar.
Klubun məşqçiləri “Valyadolid”i məğlub etdikləri görüşdə (1:0) əvəzlənməsini istəyən komandanın kapitanı Xesus Navasın durumunu nəzarətdə saxlayırlar.
Qeyd edək ki, noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.