"Sevilya" "Qarabağ"la matçda gənc futbolçulardan yararlana bilər

"Sevilya" "Qarabağ"la matçda gənc futbolçulardan yararlana bilər İspaniyanın Sevilya klubunun baş məşqçisi Xulen Lopetegi Qarabağa qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçında gənc futbolçulardan yararlana bilər.
Futbol
26 Noyabr , 2019 16:49
Sevilya Qarabağla matçda gənc futbolçulardan yararlana bilər

İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Xulen Lopetegi "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin V tur matçında gənc futbolçulardan yararlana bilər.

"Report" "Eldesmarque" nəşrinə istinadən xəbər verir ki, Andalusiya təmsilçisinin bugünkü məşqində komandanın kapitanı Xesus Navasdan əlavə, Serxio ReqilonLük de Yonq iştirak etməyib.

Əvəzində hazırlıq prosesinə 21 yaşlı müdafiəçilər - Xose Mariya Amo və Felipe Rodriges, habelə komanda yoldaşları ilə həmyaşıd olan yarımmüdafiəçi Genaro Serrano qatılıb. Nəşrdə bildirilib ki, həmin oyunçuların Ağdam təmsilçisi ilə matçda meydanda olma ehtimalı yüksəkdir. "Sevilya" 1/16 finala yüksəldiyindən baş məşqçi əsas oyunçuların xidmətindən yararlanmağı düşünmür.

Qeyd edək ki, noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək "Sevilya" - "Qarabağ" matçı saat 24:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi