"Sevilya"nın futbolçusu "Qarabağ"la matçdan öncə üç oyunluq cəza alıb

"Sevilya"nın futbolçusu "Qarabağ"la matçdan öncə üç oyunluq cəza alıb İspaniya Kral Futbol Federasiyası Sevilyanın futbolçusu Lukas Okamposa 3 oyunluq cəza verib.
Futbol
28 Noyabr , 2019 10:31
Sevilyanın futbolçusu Qarabağla matçdan öncə üç oyunluq cəza alıb

İspaniya Kral Futbol Federasiyası "Sevilya"nın futbolçusu Lukas Okamposa 3 oyunluq cəza verib.

"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, La Liqanın XIV turunda "Valyadolid"i 1:0 hesabı ilə məğlub etdikləri görüşdə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan 25 yaşlı yarımmüdafiəçi daha sonra baş hakimi hədəfə alıb. Argentinalı oyunçu meydanı tərk edən vaxt referiyə qarşı müxtəlif ifadələr işlədib.

Okampos bu səbəbdən, "Leqanes", "Osasuna" və "Vilyareal"la matçlarda iştirak etməyəcək. 

Qeyd edək ki, "Sevilya" bu gün Avropa Liqasının V tur matçında "Qarabağ"la qarşılaşacaq. "Ramon Sances Pisxuan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi