"Sevilya"nın futbolçusu "Qalatasaray"la müqavilə bağlayıb

"Sevilya"nın futbolçusu "Qalatasaray"la müqavilə bağlayıb Mariano 3 illik anlaşmaya imza atıb
Futbol
17 İyul , 2017 16:20
Sevilyanın futbolçusu Qalatasarayla müqavilə bağlayıb

Bakı. 17 iyul. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubu İspaniya "Sevilya"sının futbolçusu Mariano Ferreyra Filyonu transfer edib. 

"Report"un İstanbul klubunun saytına istinadən verdiyi məlumata görə, rəsmi müqavilə "Türk Telekom" stadionunda bağlanılıb.

Braziliyalı sağ cinah oyunçusu 3 illik anlaşmaya qol çəkib. 31 yaşlı oyunçudan ötrü "Sevilya"ya 4 milyon avro transfer haqqı ödənilib. Mariano özünü yaxşı tərəfdən göstərsə, keçmiş klubu daha 500 min avro irəli düşəcək. "Sambaçı"nın özü isə ilinə 2,3 milyon avro qazanacaq.

Qeyd edək ki, Mariano əvvəllər Braziliyanın müxtəlif klublarında və Fransanın "Bordo" klubunda da forma geyinib. 

Son xəbərlər

Orphus sistemi