"Sevilya"nın futbolçusu: "Azərbaycan millisi əvvəlki komanda deyil"

"Sevilya"nın futbolçusu: "Azərbaycan millisi əvvəlki komanda deyil" "Oyun çətin keçəcək. Azərbaycan millisi əvvəlki komanda deyil. Artıq yaxşı futbol sərgiləyirlər. Bakıdakı qarşılaşmada üstünlük tərəfimizdə olsa da, qələbə asan başa gəlmədi. Ona görə də evdəki oyuna ilk dəqiqələrdən aqressiv başlamalıyıq".
Futbol
11 Oktyabr , 2021 23:33
Sevilyanın futbolçusu: Azərbaycan millisi əvvəlki komanda deyil
Nemanya Qudel

"Oyun çətin keçəcək. Azərbaycan millisi əvvəlki komanda deyil. Artıq yaxşı futbol sərgiləyirlər. Bakıdakı qarşılaşmada üstünlük tərəfimizdə olsa da, qələbə asan başa gəlmədi. Ona görə də evdəki oyuna ilk dəqiqələrdən aqressiv başlamalıyıq".

"Report"un məlumatına görə, bunu Serbiya yığmasının futboolçusu Nemanya Qudel evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə yerli mətbuata açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi Canni De Byazinin baş məşqçi olduğu komandanı yaxşı təhlil etdiklərini bildirib: "Rəqibin heyətində hansı futbolçuların olduğunu və necə oynadığını bilirik. Azərbaycan millisini ciddiyə almamaq bizim üçün təhlükəli olar. Matça maksimum dərəcədə hazır olacağıq.

İspaniya "Sevilya"sında çıxış edən təcrübəli oyunçu hazırda Portuqaliyanı deyil, Azərbaycan millisini düşündüklərini əlavə edib.

Qeyd edək ki, oktyabrın 12-də oynanılacaq Serbiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Son xəbərlər

Orphus sistemi