"Sevilya"nın baş məşqçisi: "Qarabağ" "Atletiko"nu büdrətmişdi"

"Sevilya"nın baş məşqçisi: "Qarabağ" "Atletiko"nu büdrətmişdi" İspaniya Sevilyasının baş məşqçisi Xulen Lopetegi UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.
Futbol
31 Avqust , 2019 01:35
Sevilyanın baş məşqçisi: Qarabağ Atletikonu büdrətmişdi

İspaniya "Sevilya"sının baş məşqçisi Xulen Lopetegi UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

"Report"un məlumatına görə, 53 yaşlı mütəxəssis A qrupunda qarşılaşacaqları rəqiblərin hər birini dərindən analiz edəcəklərini bildirib.

Lopetegi bunun üçün vaxtlarının olduğunu söyləyib: "APOEL Çempionlar Liqasının son yarımfinalçı Hollandiya "Ayaks"ına müqavimət göstərdi. "Qarabağ" isə iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasında büdrətdi. Avropada hər bir oyun 3 xal deməkdir və biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilərlər. Heç yerdə asan komanda yoxdur".

Qeyd edək ki, Avropa Liqasının A qrupunda "Sevilya", APOEL və "Qarabağ"dan əlavə, Lüksemburq "Düdelanj"ı da yer alıb. Qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda APOEL "Düdelanj"ı, "Qarabağ" "Sevilya"nı qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi