"Sevilya"nın baş məşqçisi Argentina millisinə rəhbərlik edəcək

"Sevilya"nın baş məşqçisi Argentina millisinə rəhbərlik edəcək Sampaolinin ispan klubu ilə müqaviləsi bir ildən sonra bitir
Futbol
28 Aprel , 2017 06:57
Sevilyanın baş məşqçisi Argentina millisinə rəhbərlik edəcək

Bakı. 28 aprel. REPORT.AZ/ Argentina Futbol Assosiasiyasının rəhbəri Klaudio Tapiya təsdiq edib ki, İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Xorxe Sampaoli futbol üzrə Argentina millisinə rəhbərlik edəcək.

"Report" xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb.

Sampaolinin ispan klubu ilə müqaviləsi bir ildən sonra bitir. Müqaviləyə görə argentinalı mütəxəssis komandanı mövsümün sonunda 1,5 milon avro məbləğində dəbbə pulu ödəmək şərti ilə tərk edə bilər.

Son xəbərlər

Orphus sistemi