"Sevilya" İspaniya Superkubokunda "Barselona" ilə bir final matçı keçirməkdən imtina edib

"Sevilya" İspaniya Superkubokunda "Barselona" ilə bir final matçı keçirməkdən imtina edib Bakı. 7 iyul. REPORT.AZ/ Sevilya klubunun prezidenti Xose Kastro bildirib ki, komanda bu il İspaniya Superkubokunun keçirilmə formatının dəyişdirilməsinə razılıq verib.
Futbol
7 İyul , 2018 07:25
Sevilya İspaniya Superkubokunda Barselona ilə bir final matçı keçirməkdən imtina edib

Bakı. 7 iyul. REPORT.AZ/ "Sevilya" klubunun prezidenti Xose Kastro bildirib ki, komanda bu il İspaniya Superkubokunun keçirilmə formatının dəyişdirilməsinə razılıq verib.

“Report” xəbər verir ki, bu barədə "Marca" qəzeti yazıb.

Bundan əvvəl İspaniya Futbol Federasiyası (RFEF) və "Barselona" klubu iki oyundan birinin Mərakeşin Tancer şəhərində keçirilməsini təklif edib.

İspaniyada Superkubok ənənəvi olaraq hər komandanın meydanında bir dəfə olmaqla iki qarşılaşmadan ibarətdir.

"Biz yalnız bir matç keçirmək təklifindən imtina edirik. İki oyun keçirmək istəyirik — 5 və 12 avqustda, çünki bizim öz azarkeşlərimiz qarşısında öhdəliyimiz var.

Əgər RFEF bizə desə ki, oyun avqustun 12-də Tancerdə olacaq, biz razılaşacağıq, çünki Superkubok uğrunda mübarizə aparmaq istəyirik", — deyə nəşr Kastronun sözlərini sitat gətirib.

Son xəbərlər

Orphus sistemi