"Sevilya"nın futbolçuları karantini pozduqları üçün üzr istədilər

"Sevilya"nın futbolçuları karantini pozduqları üçün üzr istədilər İspaniyanın “Sevilya” klubunun futbolçuları Ever Baneqa, Lukas Okampos, Franko Vaskes və Lük de Yonq karantin qaydalarını pozduqları üçün üzr istəyiblər.
Futbol
107
25 May , 2020 04:55
Sevilyanın futbolçuları karantini pozduqları üçün üzr istədilər

İspaniyanın “Sevilya” klubunun futbolçuları Ever Baneqa, Lukas Okampos, Franko VaskesLük de Yonq karantin qaydalarını pozduqları üçün üzr istəyiblər.

“Report” xəbər verir ki, oyunçuların yol verdikləri pozuntu faktını Baneqanın xanımı açıqlayıb.

O, futbolçulardan birinin evindəki görüşdən fotonu sosial şəbəkələrdə paylaşıb. Fotoda 12 nəfər əks olunub. Halbuki İspaniya hakimiyyətinin qərarına əsasən, həyət evlərində 10-dan çox insanın iştirakı ilə görüşlər qadağan edilib.

Foto artıq KİV-də yayılıb. Futbolçular sosial şəbəkələrdəki səhifələrində buna görə üzr istəyiblər.

Son xəbərlər

Orphus sistemi