Şevçenko İtaliya klubunun prezidenti ola bilər
Futbol
- 04 may, 2022
- 12:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna millisinin sabiq futbolçusu və baş məşqçisi Andrey Şevçenko İtaliyanın "Peskara" klubunun prezidenti ola bilər.
"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı mütəxəssis artıq klubun sahibi Daniele Sebastyani ilə görüşüb.
Şevçenko "Peskara"nın səhmlərinə nəzarət paketinin alınması üçün Sebastyani ilə danışıqlar aparır. O, alışda maraqlı olan bir qrup sahibkarın nümayəndəsi kimi danışıqlarda iştirak edir. Veteran hücumçu bu gün komandanın C Seriyasında "Qubbio" ilə matçına da qatılacaq.
Qeyd edək ki, Andrey Şevçenko 1999 - 2006-cı illərdə və 2008/2009 mövsümündə "Milan"ın formasını geyinib. Mütəxəssis cari mövsüm "Cenoa"nın baş məşqçisi də olub.
Son xəbərlər
19:58
Nərgiz Qurbanova: Azərbaycan və Macarıstan iqtisadi və enerji əməkdaşlığını genişləndirmək niyyətindədir
Xarici siyasət
19:56
Tamaş Torma: Macarıstan Azərbaycan iqtisadiyyatına təxminən 2 milyard dollar investisiya yatırıb
Xarici siyasət
19:54
Foto
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Xarici siyasət
19:34
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
Xarici siyasət
19:31
UEFA Çempionlar Liqası: "Sabah" və "Borussiya" komandalarının start heyətləri açıqlanıb
Futbol
19:22
SEPAH: Hörmüz boğazında neft tankeri yanıb
Region
19:18
Türkiyədə 25 qanunsuz miqrant saxlanılıb
Region
19:12
Osloda Zelenski və Uitkoffun görüşü başlayıb
Digər ölkələr
19:08
"Roma"nın futbolçusu Uesli Fransa Premyer Liqanın 3 klubunun diqqət mərkəzinə düşüb
Futbol