Səudiyyə Ərəbistanı klubu braziliyalı futbolçu üçün "Real"a bir milyard avro ödəməyə hazırdır

Səudiyyə Ərəbistanı klubu braziliyalı futbolçu üçün "Real"a bir milyard avro ödəməyə hazırdır Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu braziliyalı futbolçu Vinisius Juniorun transferi üçün İspaniya təmsilçisi "Real"la danışıqlar aparır.
Futbol
12 Avqust , 2024 17:31
Səudiyyə Ərəbistanı klubu braziliyalı futbolçu üçün Reala bir milyard avro ödəməyə hazırdır

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubu braziliyalı futbolçu Vinisius Juniorun transferi üçün İspaniya təmsilçisi "Real"la danışıqlar aparır.

"Report" "Globo" nəşrinə istinadən xəbər verir ki, qarşı tərəf 24 yaşlı vingerə görə "kral klubu"na 1 milyard avro ödəməyə hazırdır.

Keçid reallaşsa, braziliyalı oyunçu tarixin ən çox maaş alan idmançısı olacaq. Müqavilənin qüvvədə olduğu beş il ərzində Junior bir milyard avrodan çox qazanacaq.

Səudiyyə Ərəbistanında futbolçunu bu ölkədə 2034-cü ildə keçiriləcək dünya çempionatının siması etmək istəyirlər.

Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən Madrid təmsilçisinin formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 39 matçda 24 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir.

Son xəbərlər

Orphus sistemi