Serxio Ramos "Real Madrid"dən ayrıldı - RƏSMİ

Serxio Ramos "Real Madrid"dən ayrıldı - RƏSMİ İspaniya "Real Madrid"i kapitanı Serxio Ramosla yollarını ayırıb.
Futbol
16 İyun , 2021 23:44
Serxio Ramos Real Madriddən ayrıldı - RƏSMİ

İspaniyanın "Real Madrid" futbol komandası kapitan Serxio Ramosla yollarını ayırıb.

"Report"un məlumatına görə, bu barədə "kral klubu"nun rəsmi saytı xəbər yayıb.

35 yaşlı müdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. Sabah Madrid təmsilçisinin prezidenti Serxio Peres və oyunçunun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, 2005-ci ildən "Real Madrid"də çıxış edən Serxio Ramos bu komandanın heyətində beşqat İspaniya çempionu olub, 4 dəfə ölkə Superkubokunu, Çempionlar Liqasını və klublararası dünya çempionatını qazanıb. Həmçinin 2 dəfə İspaniya kuboku və UEFA Super Kubokunda qələbə sevinci yaşayıb.

Son xəbərlər

Orphus sistemi