Serxio Ramos "Bavariya"ya keçə bilər

Serxio Ramos "Bavariya"ya keçə bilər İspaniya "Real Madrid"indən müqaviləsi bitdiyi üçün ayrılan futbolçu Serxio Ramos karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. "Report"un ESPN-ə istinadən məlumatına görə, 35 yaşlı müdafiəçinin xidmətində "Bavariya" klubu maraqlıdır.
Futbol
28 İyun , 2021 18:12
Serxio Ramos Bavariyaya keçə bilər
Serxio Ramos

İspaniya "Real Madrid"indən müqaviləsi bitdiyi üçün ayrılan futbolçu Serxio Ramos karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. "Report"un ESPN-ə istinadən məlumatına görə, 35 yaşlı müdafiəçinin xidmətində "Bavariya" klubu maraqlıdır.

Münhen təmsilçisi David Alaba və Jerom Boatenqin gedişindən sonra təcrübəli arxa xətt oyunçusu axtarışındadır. Ramosun Almaniyaya yollanma ehtimalının adaptasiya və dil maneəsi üzündən az olduğu bildirilir.

Daha əvvəl ispaniyalı müdafiəçinin PSJ ilə müqavilə bağlamasının mümkünlüyü yazılıb.

Qeyd edək ki, Serxio Ramos "Real Madrid" formasını 2005-ci ildən geyinməyə başlayıb. O, 5 dəfə İspaniya çempionluğu, 2 dəfə ölkə kuboku, hərəyə 4 dəfə Superkubok və Çempionlar Liqası, 3 dəfə UEFA Super Kuboku və 4 dəfə klublararası dünya çempionluğu qazanıb.

Son xəbərlər

Orphus sistemi