Serxio Aquero Messiyə görə "Barselona"dan ayrıla bilər

Serxio Aquero Messiyə görə "Barselona"dan ayrıla bilər İspaniyanın "Barselona" klubu daha bir futbolçusu ilə yollarını ayıra bilər.
Futbol
1915
7 Avqust , 2021 10:07
Serxio Aquero Messiyə görə Barselonadan ayrıla bilər
Serxio Aquero

İspaniyanın "Barselona" klubu daha bir futbolçusu ilə yollarını ayıra bilər.

"Report" "Beteve" nəşrinə istinadən xəbər verir ki, Serxio Aquero Lionel Messi ilə bağlı qərardan sonra Kataloniya təmsilçisi ilə vidalaşmaq üzrədir.

Aqueronun nümayəndələri klubla müqavilə şərtlərinə yenidən baxmaq istəyir. "Barselona" rəhbərliyi 33 yaşlı hücumçuya sözləşmə imzalanarkən Messi ilə birlikdə oynayacağına dair söz verib.

Qeyd edək ki, "Barselona" mayın 31-də Serxio Aquero ilə iki illik müqavilə imzalayıb. Klub avqustun 5-də Lionel Messi ilə yollarını ayırıb.

Son xəbərlər

Orphus sistemi