İngiltərənin "Mançester Siti" futbol komandasının hücumçusu Serxio Aquero karyerasını "Yuventus"da davam etdirə bilər.
“Report”un məlumatına görə, bu barədə “Sport Mediaset” bildirib.
Məlumata görə, "Yuventus"da hesab edirlər ki, o, portuqaliyalı hücumçu Kriştianu Ronaldu ilə birlikdə komandanın hücum xəttini gücləndirməyə kömək edəcək.
Aquero "Mançester Siti"yə 2011-ci ilin yayında "Atletiko"dan (Madrid) keçib. Transferin məbləği 40 milyon avro təşkil edib. Onun "şəhərlilər"lə müqaviləsi iyunun 30-da başa çatacaq. Otuz iki yaşlı argentinalı İngiltərənin cari çempionatında altı matçda iştirak edib, ancaq səmərəli oyunu ilə yadda qalmayıb.
Aquero Çempionlar Liqasında 4 matç keçirib və 2 dəfə fərqlənib.
Daha əvvəl bildirilirdi ki, artıq "Mançester Siti" onun komandadan gedəcəyi təqdirdə Serxio Aqueronu əvəz edəcək oyunçu müəyyənləşdirib.