"Şerif"in Çempionlar Liqasındakı ev oyununun yeri dəyişdirilib

"Şerif"in Çempionlar Liqasındakı ev oyununun yeri dəyişdirilib Moldova "Şerif"inin Bosniya və Herseqovinanın "Zrinski" komandası ilə keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünün məkanı müəyyənləşib.
Futbol
28 İyun , 2022 20:02
Şerifin Çempionlar Liqasındakı ev oyununun yeri dəyişdirilib

Moldova "Şerif"inin Bosniya və Herseqovinanın "Zrinski" komandası ilə keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşünün məkanı müəyyənləşib.

"Report"un Tiraspol klubunun rəsmi saytına istinadən məlumatına görə, matç Kişineudakı "Zimbru" stadionunda təşkil olunacaq. İyulun 12-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Qeyd edək ki, UEFA Dnestryanı bölgədə beynəlxalq matçların təşkilinə razılıq verməyib. Səbəb kimi Ukrayna ilə sərhəddə vəziyyətin gərginliyi göstərilib. "Şerif" bu qərarın müvəqqəti olduğuna ümid etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi